Şrift:
Siyasi partiyaya mənsub olmayan deputatları MSK-da təmsil edəcək üzv müəyyənləşib
22.10.2019 [14:19] - Gündəm, Siyasət
Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil etmək üçün yeni üzv müəyyənləşib

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Rövzət Afət oğlu Qasımovun Azərbaycan Respublikası Milli Məclisinin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını MSK-da təmsil etmək üçün namizədliyi irəli sürülüb.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib və R. Qasımov Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilib.
Bu xəbər oxucular tərəfindən 307 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed