Şrift:
“Traxtur”dan böyükhesablı qələbə - 4:0
22.10.2019 [14:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın “Traxtur” futbol komandası super liqa yarışları çərçivəsində qarşılaşdığı Mazandaran təmsilçisini öz meydançasında böyük hesabla məğlub edib.

Komandamız yarışların 7-ci həftəsində Təbriz vaxtı ilə saat 15:30-da Qaimşəhrin Vətəni stadionunda keçirilən görüşdə qonağı olduğu “Nəssaci”ni 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.

“Traxtur”a qələbə qazandıran qollar 52-ci dəqiqədə Vilian Mimbella, 61 və 63-cü dəqiqələrdə Sasan Ənsari və 85-ci dəqiqədə Yukia Sugita tərəfindən vurulub.

“Traxtur” bu qələbədən sonra 17 xalla müvəqqəti olaraq turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

N.S
Bu xəbər oxucular tərəfindən 45 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed