Şrift:
“Traxtur”-“Nəssaci” oyununda Azərbaycan bayrağı nümayiş etdirilib
22.10.2019 [14:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Oktyabrın 21-də Qaimşəhrdə keçirilən görüşdə Azərbaycanın müqəddəs üçrəngi bayrağı dalğalandırılıb.

Güney Azərbaycanın “Traxtur” və Mazandaranın “Nəssaci” komandaları super liqa yarışları çərçivəsində Vətəni stadionunda qarşılaşıb, oyun 4:0 hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşmışdır.

Stadionda “Traxtur” komandasını dəstəkləyən soydaşımız oyunun ən həyəcanlı dəqiqələrində Azərbaycan bayrağını nümayhiş etdirib.

“Traxtur” bu qələbədən sonra 17 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.
Bu xəbər oxucular tərəfindən 49 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed