Şrift:
Ərdoğan: "Suriya üzrə verilən vədlər tam yerinə yetirilməyib"
23.10.2019 [10:59] - Xəbərlər, Siyasət
Suriya üzrə verilən vədlər tam yerinə yetirilməyib.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NTV telekanalına müsahibəsində bildirib.
Türkiyənin dövlət başçısı qeyd edib ki, rəsmi Ankara yeni tədbirlər görməyə hazırdır. Rusiya səfərindən qayıdan Ərdoğan təyyarədə bildirib: "Verilən vədlər tam yerinə yetirilməyib".
O, qeyd edib ki, Türkiyəyə çatdıqda dəqiq məlumatlar alacaq.
"Atılması lazım olan zəruri addımları atacağıq. Güzəştə getsək, terror təşkilatına yol açmış olarıq", - deyə Türkiyə prezidenti əlavə edib.
Bu, Suriyada əməliyyatın dayandırılması haqqında Türkiyə və ABŞ arasındakı razılaşmadan sonra rəsmi Ankaranın ilk reaksiyasıdır. Türkiyə Ordusu tərəfindən Suriyanın Fərat çayının şərqində keçirilən “Barış pınarı” antiterror əməliyyatının dayandırılması ilə bağlı verilən 120 saatlıq müddət bitib.
Bu xəbər oxucular tərəfindən 335 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed