Şrift:
KİV: ““Traxtur” əks-hücum taktikasına keçib – Bir oyunda komandanın 6 oyunu qədər qol vurulub”
23.10.2019 [11:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın “Traxtur” futbol komandası oktyabrın 21-də Qaimşəhrdə qarşılaşdığı “Nəssaci” komandasına 4 qol vurmağa nail oldu, bu, “Traxtur”un 19-cu super liqa yarışları başlayandan 6 oyunda vurduğu qollara bərabərdir.

“Mehr” xəbər agentliyi “Traxtur”-“Nəssaci” görüşü ilə bağlı yaydığı xəbərdə baş məşqçi Mustafa Dənizlinin 6 oyundan sonra əks-hücum taktikasına keçdiyini yazıb.

Bildirilib ki, super liqanın 7-ci həftəsinədək “Traxtur” komandası müdafiə taktikasına üstünlük verirdi. Lakin hücumda bir o qədər uğur əldə edə olunmurdu. “Nəssaci” ilə qarşılaşmada isə baş məşqçi əks-hücum taktikasına keçdi, bunun nəticəsində “Traxtur” ötən 6 oyunu qədər qol vurmağa nail oldu.

Yazıda oyunun ikinci hissəsinə xüsusi diqqət çəkilib:
“Yeni taktika oyunun ikinci hissəsində daha çox hiss olunurdu, ona görə də ikinci hissədə vəziyyət təmami ilə dəyişdi və rəqib komandaya 4 qol vuruldu.”

Qeyd edək ki, super liqa yarışlarının 7-ci həftəsində baş tutan görüş 4:0 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşmışdır.

N.S
Bu xəbər oxucular tərəfindən 339 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed