Şrift:
MHP üzvündən panfarsistlərə cavab: “Güney Azərbaycan 8-ci türk cümhuriyyəti olacaq”
23.10.2019 [11:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Türkiyə Milliyətçi Hərəkat Partiyasının (MHP) üzvü, İstanbul Ülkü Ocaqlarının keçmiş başqanı Əhməd Yiğit Yıldırım öz Twitter hesabında Türkiyəni gülünc şəkildə təhdid edən bir panfarsistə cavab verib, o paylaşdığı postda Güney Azərbaycanın müstəqilliyindən bəhs edib.

Oktyabrın 20-də radikal panfarsistlərdən biri Əhməd Yiğit Yıldırımın bir neçə il əvvəl etdiyi çıxışın videosunu paylaşaraq onu nadan insan adlandırıb.

MHP üzvü çıxışında bildirib ki,”İran parçalanacaq. Güney Azərbaycan müstəqilliyinə qovuşacaq. Türkiyənin cənub şərqində 50 milyonluq türk cümhuriyyəti təsis olunacaq.”
Sözügedən panfarsist sosial şəbəkə istifadəçisi MHP üzvünün bu sözlərini yayaraq onun barəsində təhqiramiz ifadə işlədib. “Görəsən bu nadan insan bilmirmi ki, biz iradə etsək, Türkiyənin cənub şərq bölgəsi sabitliyə həsrət qalacaq?”- deyə o qeyd edib.

Əhməd Yiğit Yıldırımın xülyalarla yaşayan panfarsistə cavabı gecikməyib. O bu barədə öz səhifəsində yazıb.
“İran uzun illər türk soydaşlarımızı ağır işgəncələrə məruz qoydu. PKK kimi terrorçu qruplaşmalara dəstək verərək Türkiyəni hədəfə aldı. İndi isə Türkiyəni daxilində qarışıqlıq yaratmaqla təhdid edir.
Qorxunun əcələ faydası yoxdur. Güney Azərbaycan 8-ci türk cümhuriyyəti olacaq! Biz də orada olacayıq.”- deyə o qeyd edib.
İran rəhbərliyinin Türkiyənin əleyhinə olan terrorçu qruplaşmalara dəstək verməsi, eləcə də regional və beynəlxalq səviyyədə Türkiyə qarşı mövqe sərgiləməsi yeni hadisə deyil. İranın Türkiyənin Suriyanın şimalında terror qruplaşmalarına qarşı həyata keçirdiyi “Barış pınarı” əməliyyatına qarşı çıxması Türkiyə rəhbərliyinin sərt reaksiya verməsinə səbəb oldu. “Barış pınarı”ndan sonra Türkiyə vətəndaşları İranın ölkələrinə qarşı qərəzli mövqeyini bir daha müşahidə etdilər.

N.S
Bu xəbər oxucular tərəfindən 116 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed