Şrift:
İstanbulda böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin büstü qoyulub
25.10.2019 [10:41] - Xəbərlər, Türk dünyası-Turan, Mədəniyyət
Oktyabrın 24-də İstanbulun Böyükşəhər Bələdiyyəsinin nəzdində yerləşən Nilüfər Parkında böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin büstünün açılışı olub.

Büstün yerləşdirilməsi Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, SOCAR-ın və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə baş tutub.

Abidə azərbaycanlı rəssam-heykəltəraş Sənan Eynullayev tərəfindən hazırlanıb.

Tədbirdə konsulluğun əməkdaşları, ictimaiyyət və media nümayəndələri, eləcə də tələbələr iştirak ediblər.



Günel Məlikova
Bu xəbər oxucular tərəfindən 120 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed