Şrift:
Finlandiyada Azərbaycan mədəniyyəti günü tədbiri keçiriləcək
25.10.2019 [11:48] - Diaspor
Oktyabrın 26-da Finlandiyanın paytaxtı Helsinkidə, Arkada Universitetində “Vətənim Azərbaycan” adlı Azərbaycan mədəniyyəti günü keçiriləcək.

Tədbir bu ölkədə fəaliyyət göstərən Azərbaycan-Türk Gənclər Təşkilatının, Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə nümayəndəliyinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutacaq.

Skandinaviya ölkələrindəki Azərbaycan və türk diasporunun üzvlərinin, burada təhsil alan tələbələrin, Azərbaycan səfirliyinin əməkdaşlarının, Finlandiyada akkreditə olunan diplomatik korpusun təmsilçilərinin, yerli ictimaiyyətin və KİV-lərin nümayəndələrinin iştirak edəcəkləri tədbirdə əvvəlcə ölkəmiz haqqında film göstəriləcək, milli rəqslərimiz ifa olunacaq. Tədbirdə, həmçinin Azərbaycandan dəvət olunmuş musiqiçilərimiz Rəvanə Qurbanova (müğənni), Rövşən Qurbanov (tar), Ceyhun Muradov (kamança) konsert proqramı ilə çıxış edəcəklər. Azərbaycan mədəniyyəti günü çərçivəsində peşəkar fotoqraf Etibar Cəfərovun “Azərbaycan rəngləri” fotosərgisi də açılacaq.

“Vətənim Azərbaycan” tədbirində iştirak və digər məsələlərlə əlaqədar Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, Azərbaycan-Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarova (+358456453262, ulvija.jabbarova@gmail.com) ilə əlaqə saxlamaq lazımdır.
Bu xəbər oxucular tərəfindən 38 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed