Şrift:
Güney azərbaycanlı idmançı vuşu üzrə dünya çempionu olub
25.10.2019 [11:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney azərbaycanlı idmançı Yusif Səbri vuşu üzrə dünya çempionatında qızıl medal qazanıb.

Tanınmış ərdəbilli idmançı çərşənbə günü Çinin Şanxay şəhərində keçirilən 15-ci dünya çempionatında rəqiblərini məğlub edərək dünya çempionu olub.

Birinci Pakistan və Fransa təmsilçilərini məğlub edən azərbaycanlı idmançı yarışların yarımfinal mərhələsində Tunisdən olan Məhəmməd Reyhaya qalib gəlib. O final yarışında Mərakeşdən olan Səd Borikanı məğlub etdikdən sonra çempionatın qızıl medalını qazanıb.

Yusif Səbri 2017-ci ildə Rusiyanın Kazan şəhərində keçirilən dünya çempionatında da qızıl medal qazanarraq dünya çempionu olmuşdur.

N.S
Bu xəbər oxucular tərəfindən 57 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed