Şrift:
Çilinin paytaxtında 500 mindən çox insan nümayiş keçirir
26.10.2019 [11:13] - Köşə yazarları, Hadisə
Çilinin paytaxtı Santyaqodakı İtaliya meydanına minlərlə insane toplaşıb. Onlar ölkə tarixində ən böyük nümayişi keçirməyi planlaşdırırlar.

Bu barədə yerli “24 Horas” telekanalı məlumat yayıb.

Nümayişçilər meydanla yanaşı, yaxınlıqda olan küçələri də zəbt edib. İzdiham get-gedə artmaqda davam edir. Nümayişin dinc xarakteri daşıdığı və digər şəhərlərdə də keçirildiyi bildirilir.

Bununla yanaşı, Santyaqoda yerlo vaxtla saat 23:00-dan komendant saatı elan olunub.

Santyaqo şəhər merliyinin bildirdiyinə görə, şəhərin mərkəzinə toplaşan mitinq iştirakçılarının sayı 500 mindən çoxdur və artmaqda davam edir.
Bu xəbər oxucular tərəfindən 30 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed