Şrift:
Çilidə iğtişaşlar zamanı ölənlərin sayı artıb
26.10.2019 [11:14] - Hadisə
Ötən həftədən etibarən Çilini silkələyən kütləvi iğtişaşlar zamanı ölənlərin sayı 19 nəfərə çatıb.

Bu barədə “EFE” agentliyi məlumat yayıb.

Bildirilir ki, daha bir nəfər – Peru vətəndaşı cümə günü xəstəxanada ölüb. Perulu bir neçə gün əvvəl Santyaqonun cənubundakı bir mağazaya edilən qarət zamanı yaralanmışdı. Bundan əvvəl rəsmilər iki Kolumbiya vətəndaşının, bir Peru və bir Ekvador vətəndaşının öldüyünü də təsdiqləyib.

İğtişaşlara, qarətlərə, vandalizm aktlarına və polislə toqquşmalara çevrilən etirazlar Santyaqoda hökumətin metro qiymətini qaldırmaq qərarına gəlməsindən sonra – 14 oktyabrda başlayıb. Sonradan iğtişaşlar digər şəhərləri də bürüyüb. Prezident Sebastyan Pinyera paytaxtda və bir sıra digər yaşayış məntəqələrində fövqəladə vəziyyət tətbiq edib və ictimai nəqliyyatda gediş haqlarının artırılması qərarını ləğv edib.

Çərşənbə axşamı dövlət başçısı pensiyaların artırılması və elektrik enerjisi tariflərinin aşağı salınması da daxil olmaqla əhaliyə bir sıra sosial güzəştlərin ediləcəyini açıqlayıb. Onların həyata keçirilməsinə 1,2 milyard dollar pulun xərclənməsi planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed