Şrift:
Türkiyə Rusiyadan 36 ədəd “SU-35” hərbi təyyarələr almağa yaxındır
26.10.2019 [11:15] - Xəbərlər, Hərb
Rəsmi Ankara və Moskva Türkiyəyə “SU-35” döyüş təyyarələrinin idxalına dair razılığa gəlməyin astanasındadır.

Adıçəkilən təyyarələ aid bəzi hissələrin Türkiyədə istehsalına da başlana bilər.

Qeyd edək ki, bu ayın 22-də Rusiya Federal Hərbi Texniki Əməkdaşlıq Şurasının sədri Dmitriy Şuqayev Türkiyə tərəfinə “Su-35” və “Su-37” döyüş təyyarələrinin tədarükünə dair müqavilə imzalanmasından söhbət açmağın tez olduğunu, sadəcə ilkin məsləhətləşmələrin aparıldığını bildirib.

Türkiyə tərəfinin Rusiyadan qırıcı təyyarələr idxal edə biləcəyi bu ilin 27 avqust tarixində Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Moskvaya səfərindən sonra gündəmə gəlib.

Belə ki, rusiyalı həmkarı Vladimir Putinlə birgə "MAKS-2019" təyyarə sərgisinə baş çəkən Ərdoğan “Sukhoi” seriyalı döyüş təyyarələrinə xeyli maraq göstərib, daha sonra ABŞ istehsalı “F-35”lər əvəzinə Rusiyadan “Su-35” və “Su-37”ləri idxal edəcəklərini istisna etməyib.
Bu xəbər oxucular tərəfindən 53 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed