Şrift:
“Traxtur” Abadan təmsilçisi ilə qarşılaşmadan məğlub ayrılıb
26.10.2019 [11:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın “Traxtur” futbol komandası Abadanın Təxti stadionunda bu şəhərin “Sənət Neft” komandası ilə keçirilən qarşılaşmadan məğlub ayrılıb.



Bu, “Traxtur”un 19-cu super liqa yarışlarında birinci məğlubiyyəti sayılır.



Oktyabrın 25-i Təbriz vaxtı ilə saat 18:00-da başlayan görüş 2:1 hesabı ilə ev sahibinin xeyirinə yekunlaşıb.



“Sənət Neft” tərəfindən oyunun 21-ci dəqiqəsində İsa Al-Kəsir və 53-cü dəqiqədə Məhəmməd Qureyşi qol vurub. “Traxtur”un yeganə qolu isə Məhəmmədrza Azadi tərəfindən 83-cü dəqiqədə vurulub.



Bu nəticədən sonra “Traxtur” 17 xalla turnir cədvəlinin 2-ci pilləsində, “Sənət Neft” isə 15 xalla 6-cı pillədə qərarlaşıb.
Bu xəbər oxucular tərəfindən 45 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed