Şrift:
Türk dünyasının şairləri Tokatda görüşüb
28.10.2019 [12:58] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyənin Tokat şəhərindəki Atatürk Mədəniyyət Sarayında TİKA-nın (Türk İşbirliyi və Koordinasya Agentliyi) dəstəyi, Tokat Valiliyi, Tokat Bələdiyyəsi, TÜRKSOY, DünyaDER-in (Dünya Yazarlar və Aydınlar Dərnəyi) təşkilatçılığı ilə “I Türk Dünyası Şairlər Buluşması” gerçəkləşib.

Türk dünyası ədəbiyyatına, sənətinə, mədəniyyətinə, türk birliyi və bərabərliyinə xidmət edən tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, İraq, Makedoniya, Suriya və Türkiyəni təmsil edən şairlər, ədəbiyyatşünaslar, sənət adamları iştirak ediblər.

“Biz dünya coğrafiyasını ədəbi əsərlərlə süsləyən gözəl türkcəmizin çağdaş zənginliklərini də Anadolunun alimlər, şairlər və mütəfəkkirlər şəhəri olan Tokatımızda buluşturmanın xoşbəxtliyini yaşaıyrıq. Gün, “Dildə, fikirdə, işdə birlik” günüdür. Birliyimiz, hüzurumuz, xoşbəxtliyimiz daimi olsun; gələcəyimiz güclü bir türk birliyinə qovuşsun!

Türk Dünyası Şairlər Buluşmasının xeyirlərə, uğurlara vəsilə olmasını diləyirik!” – təşkilatçıların ortaq istəyi bu cümlələrlə ifadə olunub.

Tədbirdə ölkəmizi Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalı təmsil edib.

Şairlərin şeir oxuduğu, sənətçilərin türk dünyasına ünvanlanmış mahnılar ifa etdiyi tədbirdə çoxsaylı görüşlər keçirilib və iştirakçılar Tokatın görməli yerlərini gəzib, tarixi məkanlarını ziyarət ediblər.
Bu xəbər oxucular tərəfindən 39 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed