Şrift:
Əkbər Fəthi: “Şərqi Azərbaycanda torpaq problemi su problemindən daha acınacaqlı vəziyyətdədir”
28.10.2019 [13:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı Təşkilatının rəhbəri Əkbər Fəthi rəhbərlik etdiyi bölgədə torpağın sudan daha acınacaqlı vəziyyətdə olduğunu deyib.



O qeyd edib ki, əyalət ərazisində su ilə bağlı problemlərə daha çox diqqət ayrılır, lakin əhali burada torpağın şoranlığından da əziyyət çəkir. Məsullar bu problemə suya olduğu kimi, etinasız yanaşırlar.



Rəsmi rəhbərlik etdiyi qurumun Urmiya gölünün suyundan su istifadəsini 40% azaltmaq istiqamətində addımlar atdıqlarını desə də, əyalətin əkinə yararlı torpaqlarının 49%-nin göl ətrafında yerləşdiyinə görə, bu xüsusda azaltmaqla bağlı böyük problemlərin olduğunu deyib.



Əkbər Fəthi qeyd edib ki, əhali əsas məşğuliyyət sahəsi olan kənd təsərrüfatından tamamilə uzaqlaşa bilməz. Əyalətdə digər əkin formalarına keçid edilib, yeni istixanalar qurulub və sudan istifadəni azaltmaq üçün təsərrüfatçılara daha az su içən bitki növləri əkmək tövsiyə edilib.



Rəsmi sonda qeyd edib ki, əhali təklif edilən bitkiləri əkməyə elə də maraq göstərmirlər və buna görə də, qurumlarla onlar arasında fikir ayrılıqları mövcuddur. O, bunun səbəb kimi əkilmək üçün tövsiyə edilən məhsullara böyük təlabat olmamasını və nəticədə fermerlərin çəkdikləri əziyyət və sərf etdikləri vəsaitlərin qarşılığında maddi gəlir götürə bilməməsini göstərib.
Bu xəbər oxucular tərəfindən 27 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed