Şrift:
Futbol Federasiyası “Traxtur”-“İstiqlal” görüşündə azərbaycanlı azarkeşlərin sayını minimum həddə çatdırmaq üçün bu qərarı verdı
28.10.2019 [13:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Futbol Federasiyası Güney Azərbaycanın “Traxtur” və Tehranın “İstiqlal” komandaları arasında keçiriləcək görüşün vaxtını dəyişib.



“Traxtur” tərəfdarlarının fikirinə görə, görüşün saatının dəyişməsı azərbaycanlı azarkeşlərin sayını minimum həddə çatdırmaq, onların “Barış pınarı” antiterror əməliyyatı ilə əlaqədar türk əsgərlərinə hərbi salam verməsinə mane olmaq məqsədi güdür.



Proqrama görə, super liqa oyunları çərçivəsində keçiriləcək “Traxtur”-“İstiqlal” görüşü noyabrın 1-i yerli vaxtla saat 15:30-da Təbrizin səhənd stadionunda baş tutmalı idi. Lakin Futbol Federasiyası şənbə günü oyunun həmin gün saat 18:00-da keçirilməsi barədə qərar qəbul edib.



“İstiqlal”la görüş komandamız üçün ən prinsipial görüşlərdən biri sayılır. Oyunun payız günlərində gec saatlarda keçirilməsi şübhəsiz ki, azarkeşlərin sayına mənfi təsir göstərir. “Traxtur”un bir çox tərəfdarı Azərbaycanın digər şəhərləri və Təbrizin ətraf məntəqələrindən olduğu üçün oyunun hansı saatda keçirilməsi böyük əhəmiyyət kəsb edir.



Məlumata görə, “Traxtur”-“İstiqlal” görüşündə 100 min nəfərin tamaşaçı qismində iştirak edəcəyi planlaşdırılmışdır. Soydaşlarımız “Traxtur”un prinsipial görüşündə Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi antiterror əməliyyatına dəstək verib türk əsgərinə hərbi salam verməyə qərar veriblər.



Səhənd stadionunda “Yaşasın Türkiyə”, “Məhv olsun PKK” və s. kimi şüarların səsləndiriləcəyi gözlənilir.



Keçmiş təcrübələr göstərib ki, İran rejimi ölkə və ya regionda önəmli hadisələr baş verdiyi zaman “Traxtur” görüşündə önləyici tədbirlər alır. Rejim məşhur “Traxtur” tərəfdarlarına öncədən xəbərdarlıq etmək, stadiona gedən yolları bağlamaq, yollarda yoxlama məntəqələri yaratmaq, stadionda şüar səsləndirən azarkeşləri saxlamaq və s. kimi yollarla stadionda azarkeşlərin sayını minumum həddə çatdırmağa çalışır. Bütün manelərə baxmayaraq “Traxtur” un öz şəhərində, hətta digər şəhərlər, o cümlədən paytaxt Tehranda keçirdiyi bütün yarışlarda Azərbaycanın demokratik və milli hüquqları uğrunda şüarlar səsləndirilir.
Bu xəbər oxucular tərəfindən 31 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed