Şrift:
Güney azərbaycanlı taekovandoçu qızıl medal qazanıb – Serbiyada
28.10.2019 [13:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycanın Miyana şəhərindən olan iki taekvondoçu Serbiyada keçirilən beynəlxalq yarışlarda bir qızıl və bir bürünc medal qazanıb.


Taekovando üzrə 18-ci Serbiya Beynəlxalq Turniri bazar günü Belqrad şəhərində keçirilib.


Mir Haşim Hüseyni (-74 kq) və Səid Rəcəbi (+ 87 kq) İranın milli komandası tərkibində beynəlxalq turnirdə iştirak edib.


Mir Haşim Hüseyni final mərhələsində Dmitri Artiuxovla qarşılaşıb. Yarışın 3-cü raundu11:11 hesabı ilə başa çatıb. idmançımız əlavə raundda rəqibini məğlub edərək qızıl medal qazanıb.


Səid Rəcəbi isə dörddəbir final mərhələsində Polşadan olan rəqibinə qalib gəldikdən sonra yarışların növbəti mərhələsinə yol tapıb. Yarımfinal mərhələsində Mekzika təmsilçisinə məğlub olan idmançımız bürünc medalla kifayətlənib.


Mir Haşim Hüseyni ötən il İndoneziya paytaxtı Cakartada keçirilən 2018-ci il Asiya Oyunlarında da Çindən olan rəqibi Şuai Jaunu məğlub edərək yarışların qızıl medalını qazanmışdır.
Bu xəbər oxucular tərəfindən 1428 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed