Şrift:
Böyük Britaniya Parlamenti növbədənkənar seçkilərin keçirilməsi təklifini rədd edib
29.10.2019 [10:43] - Köşə yazarları, Siyasət
Böyük Britaniya Parlamentinin İcmalar Palatasında Baş Nazir Boris Consonun dekabrın 12-də növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təklifi rədd edilib.

299 deputat seçkilərin keçirilməsinin lehinə səs versə də, 70 deputat isə təklifin əleyhinə olub.

Baş Nazir, erkən seçkilərin keçirilməsi üçün səylərini davam etdirəcəyini söyləyib.

İngiltərədəki mövcud seçki qanunlarına görə, erkən seçkilərin keçirilməsi üçün parlamentdə üçdə iki səs çoxluğu (434 səs) tələb olunur.

Qeyd edək ki, Baş Nazir Boris Conson iki dəfə deputatlardan növbədənkənar seçkilərin təsdiqlənməsini istəsə də, onun tələbi rədd edilmişdi.
Bu xəbər oxucular tərəfindən 33 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed