Şrift:
Qaraciyərin fəaliyyətini necə gücləndirmək olar? - Faydalı MƏSLƏHƏT
29.10.2019 [11:26] - Sağlıq
Müasir dövrdə insanların çoxunun həyat tərzi elədir ki, onların qaraciyəri yüklənir, tükənmiş vəziyyətdə olur. Ekspertlər alkoqoldan istifadəni məhdudlaşdırmağı, siqaretdən imtina etməyi, daha çox acı yaşıl tərəvəz yeməyi, su içməyi və dərman qəbuluna diqqətlə yanaşmağı tövsiyə edirlər. Bu tədbirlər qaraciyərin fəaliyyətini gücləndirməyə kömək edir.

Qaraciyər daim qanı və orqanizmi toksinlərdən təmizləyir, lakin düzgün olmayan həyat tərzi onun yükünü artırır və aşındırır, bu da qaraciyərin disfunksiyasına gətirib çıxarır. Mütəxəssislər qaraciyərinin fəaliyyətini tənzimləməyi və vəziyyətini yaxşılaşdırmağı istəyənlərə alkoqolu məhdudlaşdırmağı, siqaretdən tamamilə imtina etməyi tövsiyə edirlər. Spirtli içkilər qaraciyərin onları səylə zərərsizləşdirən hepatosit resurslarını tükəndirir. Siqaretlər orqanizmin toksinlərlə çirklənmə səviyyəsini artırır.
AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, spirtli içki içənlər və siqaret çəkənlər orqanizmə daxil olan zərərli maddələrin hamısının öhdəsindən gələ bilmir, bu da iltihab və xəstəliklər riskini artırır.

Bundan əlavə, ekspertlər düzgün qidalanmanın əhəmiyyətini vurğulayırlar. Xaotik və nizamsız qidalanma zamanı öd yollarının diskineziyası ehtimalı artır və nəticədə öd kisəsində daşlar əmələ gəlir. Belə hallardan qorunmaq üçün çoxlu acı yaşıl tərəvəz, məsələn, rukolla və kress-salat yemək tövsiyə olunur. Kələm, yerkökü, sarımsaq, yunan qabağı, balqabaq, çuğundur, qreypfrut da faydalıdır.

Qaraciyərin fəaliyyətini gücləndirməyin ən səmərəli üsullarından biri fiziki fəallığı artırmaqdır. Ağrıkəsici dərmanların istifadəsini məhdudlaşdırmaq lazımdır ki, çünki bu vasitələr qaraciyərin fəaliyyətinə pis təsir göstərir.

Nəhayət, təmiz su içmək qaraciyərin təmizləyici funksiyasını səmərəli şəkildə yaxşılaşdırır, bədənin toksinlərdən təmizlənməsi prosesini gücləndirir.
Bu xəbər oxucular tərəfindən 31 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed