Şrift:
Güney azərbaycanlı yazıçı və şair Məhəmməd Məleknəjad vəfat edib
29.10.2019 [12:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney azərbaycanlı tanınmış yazıçı və şair Məhəmməd Məleknəjad ürək xəstəliyindən vəfat edib.



Əslən Miana şəhərindən olan mərhum şair ömrünün son illərini Qum şəhərində yaşayıb. Şənbə günü vəfat edən M.Məleknəjadın dəfn mərasimi oktyabrın 27-də keçirilib.



Tanınmış azərbaycanlı yazıçının bir müddət əvvəl “Boğanaq” adlı romanı işıq üzü görüb. Türk dilində yazılan romanda dünyadakı ədalətsizlik, zülm və mühacirlərin yaşadığı müsibətlər təsvir olunub.



“Boğanaq” romanı Güney Azərbaycanda son illərdə qələmə alınmış ən yaxşı ədəbi əsərlərdən biri kimi qiymətləndirilir.
Bu xəbər oxucular tərəfindən 1514 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed