Şrift:
Ərdəbil Əyalətinin Kəndlər üzrə Su və Kanalizasiya İdarəsinin dosyesi barədə məhkəmə qərarı çıxarılıb
29.10.2019 [12:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil Əyaləti Ədliyyə İdarəsinin rəisi Nasir Ətəbati təmsil etdiyi əyalətin Kəndlər üzrə Su və Kanalizasiya İdarəsinin dosyesi barədə məhkəmə qərarı verildiyini bildirib.



Bu barədə “Mehr” xəbər agentliyi Ərdəbil Ədliyyə İdarəsinin məlumatına istinadən xəbər yayıb.



“Kəndlər üzr Su və Kanalizasiya İdarəsinin dosyesi barədə hökm çıxarılıb. Müttəhimlər Ərdəbil Cinayət Məhkəməsinin 2-ci şöbəsində bir neçə dəfə mühakimə olunub. Sonda onların barəsində hökm çıxarılıb. Birinci instansiyanın verdiyi qərar Apellyasiya Məhkəməsində qətiləşib.”- deyə o bildirib.



N.Ətəbati sözügedən dosye ilə bağlı 28 müttəhimin məhkəmə qarşısına çıxarıldığını deyərək onların Su və Kanalizasiya İdarəsinin işçiləri və podratçılardan ibarət olduğunu bildirib.



Ərdəbil Əyaləti Ədliyyə İdarəsinin rəisinin sözlərinə görə, müttəhimlər həbs, şallaq zərbəsi, nağd cərimə, mənimsədiyi malı geri qaytarma və s. kimi müxtəlif cəzalara məhkum edilib. Onlar rüşvətxorluq, mənimsəmə, rəsmi sənədləri saxtalaşdırmaq və qanunsuz yolla pul qazanmaq ittihamları ilə üzləşib.



Ötən günlərdə Şərqi Azərbaycan Əyalətinin Azərşəhr (Tufarqan) şəhərində idarələrdən birinin rəisi də dövlət əmlakını mənimsəmə ittihamı ilə tutulmuşdur.



Şərqi Azərbaycan Ədliyyə İdarəsinin rəisi bu barədə məlumat versə də, idarə və saxlanılan şəxsin kimliyini açıqlamamışdır.



İranda dövlət əmlakını mənimsəmə, rüşvətxorluq və korrupsiya bütün rəsmi orqanları bürüyüb. Beynəlxalq Şəffaflıq Təşkilatının hesabatına görə, İran dünya üzrə ən korrupsiyalaşmış ölkələr sırasındadır.
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed