Şrift:
Donald Tramp İŞİD rəhbərliyinə bir nömrəli namizədin məhv edildiyini bildirib
30.10.2019 [12:11] - Köşə yazarları, Hərb
ABŞ Prezidenti Donald Tramp İŞİD terror qruplaşmasının rəhbərliyinə bir nömrəli namizədin məhv edildiyinin təsdiqləndiyini bildirib.

Ağ evin başçısı bu barədə məlumatı Twitter səhifəsində elan edib: “İndicə təsdiqlənib ki, Amerika hərbçiləri Əbu Bəkr əl-Bağdadinin yerinə bir nömrəli namizədi də öldürüblər”. Bununla yanaşı, Donald Tramp onun adını və nə vaxt öldürüldüyünü açıqlamayıb.

Xatırladaq ki, İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin ötən həftənin sonunda Suriyanın İdlib əyalətində xüsusi əməliyyat zamanı öldürüldüyü bildirilmişdi.
Bu xəbər oxucular tərəfindən 23 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed