Şrift:
ÜST-ün Azərbaycandakı nümayəndəliyinə beynəlxalq status verilib
30.10.2019 [12:33] - Köşə yazarları
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinə beynəlxalq status verilib. Bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı "İlkin səhiyyə xidmətləri və qeyri-yoluxucu xəstəliklərlə mübarizədə potensialın artırılması" mövzusunda seminarda deyib.
H. Harmancı qeyd edib ki, beynəlxalq status verilənədək nümayəndəliyə Azərbaycan vətəndaşı olan şəxslər rəhbər təyin edilirdi. Amma beynəlxalq status verildiyi üçün artıq ÜST-ün Azərbaycan nümayəndəliyinə xarici ölkə vətəndaşları rəhbər təyin edilirlər: "Bu prosedur BMT tərəfindən müəyyən edilib. Yerli nümayəndəliyin üzərindən beynəlxalq status götürülməyənə qədər ona yalnız xarici ölkə vətəndaşları rəhbər təyin ediləcəklər".

DAVAM. AZ

Bu xəbər oxucular tərəfindən 26 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed