Şrift:
"Qərbi Çıraq" platformasının fəaliyyəti bərpa edilib
30.10.2019 [12:45] - İqtisadiyyat
Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqlar blokunda istismar olunan “Qərbi Çıraq” platforması planlaşdırılmış profilaktik işlərdən sonra fəaliyyətini bərpa edib. BP şirkətindən (AÇG-nin operatoru) verilən məlumata görə, “Qərbi Çıraq” platformasının işi oktyabrın 29-dan etibarən bərpa edilib.
“Profilaktik işlər proqramında nəzərdə tutulmuş bütün işlər uğurla tamamlandıqdan sonra dünən (29 oktyabr – red.) axşam saatlarından başlayaraq platforma işə salınıb və hazırda platformada hasilat tədricən əvvəlki səviyyəyə qaldırılır”, - məlumatda qeyd olunur.
“Qərbi Çıraq” platformasında profilaktik işlər proqramı 15 günlük planlaşdırılmışdı. Proqrama əsasən məşəl və idarəetmə sistemlərinin yeniləşdirilməsi kimi müxtəlif layihə işləri daxil idi. Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Proqramlar müntəzəm inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının bir hissədir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür. Bu ilin aprelin 15-də AÇG-də yerləşən "Mərkəzi Azəri" platforması da planlaşdırılmış profilaktik işlərin aparılması üçün iki həftəlik dayandırılmışdı.

DAVAM. AZ
Bu xəbər oxucular tərəfindən 20 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed