Şrift:
“Qarabağ” Azərbaycan çempionatlarında yeni rekord vurub
31.10.2019 [00:12] - İdman
Ağdamın “Qarabağ” klubu Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bunu Premyer Liqanın IX turunun “Səbail”lə görüşündə rəsmiləşdirib. 1:0 hesabı ilə qalib gələn əyalət klubu ölkə çempionatlarındakı məğlubiyyətsiz oyunlar seriyasını 29-a çatdırıb. Cari mövsümün 9 görüşündə uduzmayan “Qarabağ” ötən çempionatın son 20 matçında da məğlub olmayıb. 2018-ci il oktyabrın 28-də keçirilən VIII turun “Neftçi” ilə səfər qarşılaşmasından (1:3) sonra son çempion 23 qələbə qazanıb və 6 heç-heçə edib.Bu, texniki nəticələr nəzərə alınmamaqla Azərbaycan çempionatları tarixinin yeni rekordudur. Bunadək ən yüksək göstərici 1997-98-ci illərdə ardıcıl 28 matçda uduzmayan “Kəpəz”ə məxsus idi.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 19 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed