Şrift:
Azərbaycan Avropa Oyunlarında 6 taekvondoçu ilə təmsil olunacaq
31.10.2019 [00:19] - İdman
Noyabrın 1-də İtaliyanın Bari şəhərində taekvondo üzrə Avropa Oyunları start götürəcək. G4 kateqoriyalı yarışda Azərbaycan millisi də iştirak edəcək. Komandanın baş məşqçisi Reza Mehmandost yarışda Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Radik İsayev (+80 kq), Patimat Abakarova (53 kq), Fəridə Əzizova (67 kq) və Zahra Fazel Kalxorana (+67 yuxarı) şans verəcək. Avropa Oyunlarında qitənin 45 ölkəsindən 213 idmançının (114 kişi, 99 qadın) iştirakı gözlənilir. Turnirin qalibi aktivinə 40, ikinci yerin sahibi 24,5, bürünc mükafatçı isə 17,5 xal əlavə edəcək.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 351 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed