Şrift:
Mərənddə “5 daş” dərgisinin yeni özəl sayı işıq üzü görüb
31.10.2019 [00:33] - Güney Azərbaycan xəbərləri
Cari ildə ilk dəfədir yayılan nəşriyyəyə iki ayda bir dəfə nəşr olunan “Bağçaban”ın özəl sayı da əlavə olunub. Türk dilində yayılan “5 daş”ın özəl sayı uşaq və yeniyetmələr üçün nəzərdə tutulub. Uşaqlar bu sayıda türkcə yazıb və rəsm çəkə bilərlər. Özəl sayılarda uşaqların çəkdiyi rəsmlərdən də istifadə olunur. Güney azərbaycanlı milli-mədəni fəallar şagirdlər arasında türkcə dərgi və kitablar yaymaqla onların ana dilində yazıb-oxumasına yardım etməyə çalışırlar.
Ana dilinin uşaqların milli kimliyinin formalaşmasında əvəzolunmaz təsiri inkaredilməz faktdır. Uşaq öyrəndiyi ana dili vasitəsi ilə öz hissiyatını ifadə edir və yaşadığı mühiti bu vasitə ilə dərk edərək dilə gətirir. Ana dilinin öyrənməsi milli dil və kimliyi gələcək nəsillərə ötürmək nöqteyi-nəzərindən də olduqca önəmli məsələdir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed