Şrift:
Bakıda MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib - VİDEO
31.10.2019 [10:15] - Xəbərlər, Hərb
Oktyabrın 30-da Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.
İclasda MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq Konsepsiyasını və MDB üzvü olan dövlətlərin Müdafiə nazirliklərinin 2025-ci ilədək radiasiya, kimyəvi və bioloji vəziyyət ilə əlaqədar birgə monitorinq və qiymətləndirmə sisteminin hazırlanmasına dair əsas istiqamətlər nəzərdən keçirilib.
Bundan başqa iclasda “Beynəlxalq Ordu Oyunları - 2019”un yekunları, MDB ölkələrinin silahlı qüvvələri üçün zabit kadrlarının hazırlanması, “Elmə başlanğıc” İnnovativ Elmi İdeyalar Beynəlxalq Festivalının keçirilməsi və 2-ci Dünya müharibəsində qələbənin 75 illiyinin qeyd olunmasına hazırlıq məsələləri müzakirə olunub.
Eyni zamanda Birlik ölkələrinin 2019-cu ildə hərbi əməkdaşlığının inkişafının nəticələrinin yekunları müzakirə edilib və MDB Müdafiə Nazirləri Şurasının 2020-ci il üçün İş Planı açıqlanıb.
İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran digər məsələlər də müzakirə olunub.

Bu xəbər oxucular tərəfindən 31 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed