Şrift:
Pekin Qərb ölkələrinin Çinin Sincan Uyğur muxtar bölgəsi ilə bağlı tənqidini rədd edib
31.10.2019 [12:03] - Köşə yazarları, Türk dünyası-Turan
Rəsmi Pekin Birləşmiş Ştatların və bir neçə Qərb dövlətinin BMT-nin iclasında Çinin Sincan Uyğur muxtar bölgəsi ilə bağlı tənqidlərini rədd edib.

Çinin BMT-dəki daimi nümayəndəsi Can Cün ABŞ, Böyük Britaniya və digər 21 ölkənin rəsmi Pekinin uyğurları həbsə atması ilə bağlı iddialarını cavablayarkən, həmin dövlətləri Çinin daxili işlərinə müdaxiləni dayandırmağı tələb edib.

Çin rəsmisi Sincan Uyğur bölgəsində peşə-ixtisas məktəblərinin yerli hökumətin qərarı ilə terrorizmlə və ekstremizmlə qarşı mübarizə tədbirləri çərçivəsində fəaliyyət göstərdiyini deyib. "Bu, insan hüquqları məsələsi deyil, nə də ki, onda irqi ayrı-seçkiliyə aid nəsə var", - deyən Can Cün əlavə edib ki, ABŞ və digər Qərb ölkələri Çinin daxili işlərinə müdaxiləni dayandırmalıdırlar.
Bu xəbər oxucular tərəfindən 36 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed