Şrift:
Azərbaycanlı məşqçi Avropa Atletika Assosiasiyası tərəfindən mükafatlandırılıb
01.11.2019 [06:44] - İdman
Avropa Atletika Assosiasiyası 2019-cu ilin yekunlarına həsr olunan mükafatlandırma mərasimi keçirib. "Golden Tracks 2019" adlı tədbir Estoniyanın paytaxtı Tallində təşkil olunub. Mərasimdə "Member Federation Award" və "Coaching Award" mükafatlarının sahibləri təltif ediliblər. Seçilmiş üzv federasiyaların inkişafında göstərdiyi fəaliyyətə görə Azərbaycan təmsilçiləri də mükafata layiq görülüblər. Azərbaycan Atletika Federasiyasının icraçı direktoru Kamal Əhmədov və yığmanın qısa məsafələrə qaçış üzrə böyük məşqçisi, əməkdar bədən tərbiyəsi, idman xadimi, əməkdar məşqçisi Tofiq Əliyev mükafatlandırılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 16 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed