Şrift:
Azərbaycan kubokunda 12 komanda iştirak edəcək
01.11.2019 [06:50] - İdman
Futbol üzrə Azərbaycan Kubokunda 2019-2020-ci illər mövsümünün iştirakçı komandaları müəyyənləşib. Yarışda 12 komanda iştirak edəcək. Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Ağsu” və “Qaradağ Lökbatan” kubokda mübarizə aparacaq. Püşkatma mərasimi noyabrın 13-də AFFA-nın inzibati binasında keçiriləcək. Tədbir saat 15:00-da başlayacaq.
Qeyd edək ki, aşağı liqada əvəzedici komandalarla birgə çıxış edən klublardan ikisi – MOİK və “Turan-Tovuz” isə kubokda oynamağı məqsədəuyğun saymayıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 14 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed