Şrift:
Bakı Musiqi Akademiyasında I Beynəlxalq Orqan musiqi festivalı
01.11.2019 [07:01] - Mədəniyyət
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Barokkodan müasir dövrə qədər” I Beynəlxalq Orqan musiqi festivalının açılışı olub. Festivalın açılışında akademiyanın rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli bütün qonaqları salamlayaraq, festivalın əhəmiyyətindən danışıb. O, orqan sənətinin uzun illər ərzində Azərbaycanda necə inkişaf etməsindən, azərbaycanlı bəstəkarların orqan aləti üçün yazdıqları əsərlərdən söz açdı.
Festivalın açılış mərasimində Almaniyadan gəlmiş Vürtemberq Yevangelist Regional Kilsəsinin musiqi rəhbəri Matthias Hanke, Cənubi Qafqaz və Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yepiskopu Markus Şox, Bakıdakı Xilaskar Evangelik Lüteran icmasının keşişi Qotthard Lemkeni də iştirak edib. Daha sonra BMA-nın professoru, orqan ifaçısı Rasimə Babayeva çıxış edib. O, görkəmli bəstəkarlar - İ.S.Bax (iki xoral prelüd, Fantaziya G dur), La Kur (İntermezzo), Yonq ( Klassik stildə prelüd) və Stammın (iki pyes) əsərlərini böyük məharətlə ifa edərək tamaşaçıların zövqünü oxşayıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 284 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed