Şrift:
Paytaxtda 404 milyon manatlıq tikinti materialı istehsal olunub
01.11.2019 [07:44] - İqtisadiyyat
Cari ilin 9 ayında paytaxtda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri ötən ilin yanvar-sentyabr aylarına nisbətən sabit qiymətlərlə 10,9 faiz azalaraq, 404 milyon manat təşkil edib. Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, hesabat dövründə əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən hörmə üçün hazır beton qarışığının istehsalı 14,3 faiz artıb, sementin istehsalı isə 4,7 faiz azalıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 21 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed