Şrift:
Gələn ildən bütün fermerlərə subsidiyalar yalnız elektron qaydada veriləcək
01.11.2019 [10:20] - İqtisadiyyat
Azərbaycanda bütün fermerlər artıq elektron kənd təsərrüfatı sistemindən qeydiyyatdan keçib. Bunu açıqlamasında Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib. Onun sözlərinə görə, istisnasız olaraq gələn ildən etibarən bütün fermerlərə subsidiyalar yalnız elektron qaydada veriləcək.
"Bildiyiniz kimi, subsidiyalar elektron formada veriləcək və subsidiyaların verilməsi, qeydiyyata alınması elektron kənd təsərrüfatı sistemi vasitəsilə həyata keçiriləcək", - deyə nazir bildirib.

DAVAM. AZ
Bu xəbər oxucular tərəfindən 18 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed