Şrift:
Rövşən Rzayev BMT qurumlarının Bakıdakı ofisləri ilə birgə dinləmələr keçirməyi təklif edib
01.11.2019 [12:03] - Köşə yazarları
"Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanda qaçqın və məcburi köçkünlərin sayı kifayət qədərdir. Təəssüf ki, Ermənistanın işğalçı siyasəti hələ də davam edir".
Bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycanda məcburi köçkünlərə yardımı mövzusunda keçirilən dəyirmi masada çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib. Onun sözlərinə görə, Azərbaycan dövlətinin siyasəti nəticəsində məcburi köçkünlərin mənzil və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülür: "Bu günə qədər Azərbaycanda məcburi köçkünlər üçün 106 qəsəbə salınıb, 300 minə yaxın insan həmin qəsəbələrdə məskunlaşıb. Prezident İlham Əliyev tərəfindən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün xeyli vəsait ayrılıb və qəsəbələr tikilir. Bu prosesdə Birinci vitse-prezident Mehriban Əliyevanın da böyük əməyi var. Ötən il 6000 məcburi köçkün həmin evlərə köçürülüb, bu il də 6000 nəfər köçürüləcək və bu, gələcəkdə də davam edəcək. Amma bu gün hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər var".

DAVAM. AZ
Bu xəbər oxucular tərəfindən 18 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed