Şrift:
İraqda dinc nümayişçiləri terror edən İran yalnısı məmurlar həbs edilib
01.11.2019 [12:54] - Köşə yazarları
İraqın Babil Əyalət Şurasının sədri və müavininin İrana bağlı “Bədr Təşkilatı”na etirazçılara atəş açmaq üçün göstəriş verdiklərinə görə həbs edildiklərilə bağlı məlumat yayılıb. Bir müddət öncə media orqanlarına Şuranın sədri Rəd Əl-Cəburinin Hillə şəhərində Şuranın binasının ətrafında etiraz aksiyaları keçirən zaman özünə bağlı adamlara atəş açmaqla bağlı göstəriş verməsini əks etdirən səs yazısı sızmışdı. Səs yazısında Əl-Cəburinin öz mühafizəçilərinə etirazçı xalqa atəş açmaqla bağlı əmr verdiyi açıq-aydın eşidilir.
Əl-Cəburini qoruyan, İrana bağlı qruplaşma olan “Bədr Təşkilatı”nın mühafizəçiləri də onunla birlikdə saxlanılıblar. Onlar 7 etirazçının ölümündə, 38 nəfərin isə yaralanmasında günahlandırılırlar. Saxlanılanların barəsində İraq məhkəməsinin hökmü ilə həbs qəti imkan tədbiri seçilib. Qeyd etmək lazımdır ki, Hadi Əl-Amirinin başçılıq etdiyi “Bədr Təşkilatı” “Sepah” terror təşkilatının “Qüds Briqadası” ilə sıx əməkdaşlığa malikdir.

DAVAM. AZ
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed