Şrift:
Türkiyə və Azərbaycan birgə tədbirlər keçirəcəklər
01.11.2019 [13:16] - Xəbərlər
Fransanın Nant şəhərində yerləşən Türkiyənin Baş Konsulluğu ilə Azərbaycan Mədəniyyət Assosiasiyası (AMA) birgə tədbirlər keçirəcəklər. Bu barədə razılıq Türkiyənin yeni təyin olunmuş baş konsulu Asli Oral ilə AMA-nın rəhbəri Toğrul Zeynalov arasında keçirilən görüşdə əldə edilib.
Tərəflər Baş Konsulluq və AMA arasında qarşılıqlı əməkdaşlığı müzakirə ediblər. Eyni zamanda, ölkələrimizin Fransada yerləşən təşkilatlarını bir araya gətirmək və birgə koordinasiyanı təmin etmək barədə fikir mübadiləsi aparılıb.

DAVAM. AZ
Bu xəbər oxucular tərəfindən 283 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed