Şrift:
AQTA-nın 1003 “Çağrı Mərkəzi”nə 2030 müraciət daxil olub
01.11.2019 [13:37] - Sosial
Cari ilin oktyabr ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 2030 müraciət daxil olub. Daxil olan müraciətlərdən 374-ü sertifikatlaşdırma və qeydiyyat, 476-ı idxal-ixrac əməliyyatları, 180-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, Qida zəhərlənmələri ilə bağlı quruma 25 müraciət daxil olsa da, onlardan yalnız 8-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.
Müvafiq dövrdə agentliyə daxil olan müraciətlərin 104-ü işə qəbulla, 871-i isə digər xarakterli müraciətlər olmuşdu.

DAVAM. AZ

Bu xəbər oxucular tərəfindən 19 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed