Şrift:
Paytaxtın istehlak bazarında 19,7 milyard manatlıq məhsul satılıb
01.11.2019 [15:25] - Köşə yazarları
Bu ilin yanvar-sentyabr aylarında paytaxt əhalisinin tələbatlarının ödənilməsi məqsədilə istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 19 milyard 778,4 milyon manat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,3 faiz artıb. Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 95,4 faizini qeyri-dövlət sektoru təşkil edib. Bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri əvvəlki ilin eyni səviyyəsini real ifadədə 2,9 faiz üstələyərək 18 milyard 874,3 milyon manat olub.
Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz artaraq 7 milyard 527,2 milyon manat təşkil edib.

DAVAM. AZ
Bu xəbər oxucular tərəfindən 21 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed