Şrift:
Ali Hərbi Məktəbdə Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib
02.11.2019 [11:42] - Hərb
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni oxunub.
Çıxış edənlər Dövlət Bayrağı Günü münasibətilə şəxsi heyəti təbrik edib, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıblar. Azərbaycan dövlətinin və istiqlalımızın müqəddəs rəmzlərindən olan bayrağın milli kimliyimizin simvolu olduğunu qeyd edilib, bayrağımızın işğal altındakı ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığına əminlik ifadə edilib. Sonda kursantların ifasında bayrağımıza həsr olunmuş şeir və mahnılar, təqdim edilən səhnəciklər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed