Şrift:
BMU ilə “SMART HOME” MMC şirkəti əməkdaşlıq müqaviləsi imzalayıb
02.11.2019 [13:34] - İqtisadiyyat
Bakı Mühəndislik Universiteti (BMU) ilə "SMART HOME" MMC şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Universitetdə fəaliyyət göstərən ixtisaslar üzrə mütəxəssis hazırlığında, həmçinin biliklərin yayılmasında elmi-metodiki, maddi-texniki və təşkilati tədbirlərin, eləcə də tətbiq yönümlü elmi-tədqiqat işlərinin aparılması, yeni texnologiyaların işlənilməsi, əldə olunan elmi nəticələrin tədris prosesində, müxtəlif istehsalat sahələrində tətbiq olunması müqavilənin əsas məqsədini təşkil edir. BMU-nun maddi-texniki və tədris bazasının genişləndirilməsi istiqamətində birgə fəaliyyət göstərmək, elmi-praktik konfransların, seminarların, olimpiadaların, sərgilərin birlikdə təşkil olunması tərəflərin əməkdaşlıq sahələrini əhatə edir. Eyni zamanda, BMU-nun Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Elektroenergetika mühəndisliyi, Sistem mühəndəsliyi və Kompüter mühəndisliyi ixtisasında təhsil alan tələbələrindən gənc mühəndis qismində tədqiqat qrupu yaradılacağı nəzərdə tutulub. Birgə startap layihələr yerinə yetirərək tələbələrin akademik biliklərinin praktiki vərdişlərə çevrilməsi üçün təlim proqramlarının təşkil edilməsi də sənəddə qeyd olunub. Əməkdaşlıq müqaviləsini BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Manafəddin Namazov və "SMART HOME" şirkətinin direktoru Çingiz Hümbətov imzalayıb.
Qeyd edək ki, "SMART HOME" şirkəti elektron qurğuların dizaynı, layihələndirilməsi, hazırlanması və satışı, müxtəlif elektrik sxemləri çap platasına hazırlamaq üçün lazım olan elektron komponentlərin yığılması, smart evlərin layihələndirilməsi, təhlüksəizlik sistemlərinin quraşdırılması və onun başqa sistemlər ilə inteqrasiya olunması, müxtəlif elektron cihazların layihələndirilməsi və istehsalı üzrə ixtisaslaşmış bir şirkətdir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 19 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed