Şrift:
Budunçuluq (millətçilik) tarixin doğal axışının gərəyidir.
03.11.2019 [21:54] - Güney Azərbaycan-Təbriz
Son günlər Güney Azərbaycanda Türkiyə yönlü çox sevgi göstərisi sərgilənir. “Traxtur” takımının oyunlarında bu sevgi durağa çıxır. Türkiyə bu sevgi qarşısında şaşırmış durumdadır. Çün Türkiyədə toplumun çoxu Güney Azərbaycanın varlığından bilgisizdilər. Quzey, Güney Qutublarnı Güney Azərbaycandan daha çox tanırlar.
Sözsüz bunun çoxlu nədənləri var. Onların başında qardaşı qardaşa qırım edən dinin iki qoludur. Sömürücü ölkələrin də siyasət gərəyi Güneylini Quzeydən, Türkiyədən uzaq tutmuşdur, onları da eləcə Güneydən.
Solçu siyasət yazınında belə Güneyli Türkə Türkiyə qarşıtı düşüncələr aşılamış, onlarda Türk sözünə nifrət yaratmışdır.
Fransız devrimindən sonra Avropada budunçuıuq gəlişdi. Bu açıdan budunlar özləri üçün bağımsız devlət yaratmağa başladılar.
Bu dönəmin düşünürləri də bu toplumsal axından uzaq qalmadılar. Karl Marksla Fridrix Enqels sınıfsal savaşların öndə olduğunu deyərkən. Nitşeylə Fixte budunsal savaşlar bəlirgin öndədir dedilər. Birinci, ikinci dünya savaşları Nitşegili doğru göstərdi. Doğu Avropa uyduruq sosyalizmlə bunun önünə keçmək istədi. Göründüyü kimi o da alınmadı. Yenə budunlar öz bağımsızlıqlarını önə sürüb savaş apardılar.
Güney Azərbacan Türkləri də sürəkli öz budunsal haqlarını axtardı. Ancaq bölgəsəl siyasətlərdə siyasal yazından uzaq tutulduğu üçün başqalarına yem oldu. Bunun ən ağır acısını sözdə məşrutə hərəkatı ilə aldı. Türkün yerinə öz əliylə farsı devletin başına gətirdilər...
Buna baxmayaraq fürsət düşən kimi Güneyli öz budunsal səsini çıxardıb, budunsal kimliyini önə sürdü. Bu səs haçansa boğulmadı. Ancaq Güney Azərbaycanın budunsal siyasal yazını olmadığına görə dağınıq biçimdə savaş aparıldı.
Güney Azərbaycanlı dedikdə Türk anlaşılardı. Bunu bütün İranda belə bilərlər. Güneyli də haçansa özünü özgə siyasal yazınlara bu yöndə aldatmadı, özünə Türk dedi. Demək olar tarixdə yalnız Güney Azərbaycanlı Türk adını dəyişməmişdir.
Güney Aydınları da bu adı qoruyub saxladılar.
Bu açıdan Güney Azərbaycan Türkü Türkiyəni özünə Ana Yurd bilirdi.
Yaşamını farsca dəyirmanına su daşımaqla keçirən Şəhriyar, ona basqılar artanda Türkiyəyə sığınmışdır.
"Tehranla tehranlılar" övünərək dilə gətirər. Bu sevgini sonra uzun bir Dizədə (Türkiyəyə xəyali səfər ) ağız dolusu Türkiyəni över. Bilindiyi kimi İran devləti Şəhriyarın divanına bu qoşuğu aldırmaz.
İndi bu gün də Güney Azərbaycanlı Türkiyə hayqırırsa, o onun gerçək kimlik səsinin yansımasıdır.
Nə yazıq Çaldıran savaşında ümmətçilikdə ölmüş Anadolu Türklərinin devlət yetgililəri bu səsi duymaq istəmirlər. Ancaq ər, gec bu səs duyulacaq, Türk yenə də bu bölgənin egeməni olacaqdır.

Ərsan Ərel
Helsinki (Finlandiya)
Bu xəbər oxucular tərəfindən 1633 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed