Şrift:
Qiorqi Qaxaria Türkiyə səfərində Mustafa Kamal Atatürkün xatirəsini ehtiramla yad edib
03.11.2019 [22:24] - Xəbərlər
Türkiyə Cümhuriyyətinə rəsmi səfəri çərçivəsində Gürcüstanın Baş naziri,vitse-prezident Fuat Oktay və Böyük Millət Məclisinin sədri Mustafa Şentop ilə görüşüb. Vitse-prezident Fuat Oktay ilə təkbətək görüşdə tərəflər iki ölkənin dostluq münasibətləri və strateji tərəfdaşlığı məsələlərini müzakirə ediblər.
Tədbirdə ikitərəfli ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi prosesində Gürcüstan-Türkiyə Birgə İqtisadi Komissiyasının iclasının keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Yüksək səviyyəli səfərlərin ölkələrimiz arasında əlaqələrin inkişafına yeni dinamika gətirəcəyi qeyd edilib.
Qiorqi Qaxaria, Türkiyə Cümhuriyyət Qanunvericilik Məclisində Böyük Millət Məclisinin sədri Mustafa Şentop tərəfindən qəbul edilib. Geniş tərkibli iclasda ikitərəfli vacib məsələlər, o cümlədən Gürcüstan qanunverici orqanı ilə səmərəli əməkdaşlıq müzakirə edilib. Görüşdə bölgədə sabitliyin təmin edilməsində Gürcüstan və Türkiyənin vacib rolu vurğulanıb. Yüksək səviyyəli görüşlərdə Türkiyə tərəfi Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha təsdiqləyib. Rəsmi səfər zamanı Baş nazir Mustafa Kamal Atatürkün xatirəsinə ehtiram olaraq Anıt Abidəsini ziyarət edib.

DAVAM.AZ
Tiflis (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 15 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed