Şrift:
Azərbaycanda terrorçuluqda ittiham edilən şəxsin istintaqı başa çatıb
04.11.2019 [12:30] - Hadisə
Azərbaycanda terrorçuluqda ittiham edilən Musayev Musaxan Siyasət oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Fikrət Qəribovun icraatına verilib.
Qeyd edək ki, M. Musayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən terrorçuluqda şübhəli bilinərək saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 214.1.2-ci (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.

DAVAM. AZ

Bu xəbər oxucular tərəfindən 16 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed