Şrift:
ASCO-da “Bonus Siyasəti” ilə bağlı tədbir keçirilib
04.11.2019 [15:32] - İqtisadiyyat
ASCO-dan bildirilib ki, Gəmiçiliyin əməkdaşlarının iştirakı ilə baş tutan tədbirdə şirkət sədrinin kommersiya, strateji inkişaf və innovasiyalar üzrə müavini Fərhad Quliyev rəhbərliyin daim diqqətdə saxladığı korporativ idarəetmə ilə bağlı davamlı işlər görüldüyünü, müxtəlif layihələr gerçəkləşdirildiyini deyib. Qeyd olunub ki, mükafatlandırma korporativ idarəetmə sisteminin vacib elementlərindən biridir. Bu prinsipi əsas götürən ASCO 2017-ci ildən etibarən “Bonus Siyasəti”ni uğurla tətbiq edir.
F.Quliyevin sözlərinə görə, tətbiq olunan “Bonus Siyasəti” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 sentyabr tarixli “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli Qərarı ilə təsdiq edilmiş “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”na uyğunlaşdırılıb. Tədbir zamanı “Bonus Siyasəti”nin tətbiqi sahəsi və siyasətə olunan yeniliklər barədə məlumat verilib. Eyni zamanda bildirilib ki, ASCO-nun “Bonus Siyasət”i dünyada tanınmış müstəqil audit şirkəti olan “Deloitte & Touche” tərəfindən nəzərdən keçirilib və müvafiq təklifləri nəzərə alınıb.
Daha sonra ASCO-nun İnsan Resurslarının İdarəedilməsi departamentinin rəisi Sevda Məmmədova Gəmiçilikdə hazırda tətbiq edilən xidməti fəaliyyətin qiymətləndirilməsi prosesi barədə məlumat verib və həmin prosesin avtomatlaşdırılmış yeni versiyasının istifadəsi qaydaları haqqında təqdimat edib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 330 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed