Şrift:
Azərbaycan - Uels oyununa akkreditasiya üçün qeydiyyat başlayır
05.11.2019 [12:02] - İdman
AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels oyunu üçün akkreditasiya almaq istəyən KİV nümayəndələri noyabrın 8-dək qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçmək üçün qeydiyyatdan keçənin adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsinin surəti (skaner olunmuş), Təmsil etdiyi KİV -vəzifəsi və 3x4 ölçüdə, elektron formatda rəsmi sənəd üçün şəkil tələb olunur.
Yuxarıda qeyd olunanlar 8 noyabr saat 18:00-a qədər ipr@affa.az ünvanına göndərilməlidir. Müraciət edənlər qeydiyyat üçün tələb olunanların hər birini təqdim etdikdən və ipr@affa.az ünvanından müvafiq təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş hesab olunacaqlar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 19 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed