Şrift:
KİV nümayəndələri rəqəmsal ödənişlər və innovativ həllər barədə məlumatlandırılıblar
05.11.2019 [12:06] - Sosial
Maliyyə Bazarlarına Nəzarət Palatası “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı ilə birgə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Rəqəmsal ödənişlər və innovativ həllər” mövzusunda seminar keçirib. Seminarda “MasterCard Worldwide” təşkilatının ekspertləri Mithat Perkoz və Murat Durmaz təmsil etdikləri şirkətin rəqəmsal ödənişlər və innovativ texnologiyalar sahəsində rolu, ödəniş kartları, rəqəmsal ödənişlərin üstünlükləri və rəqəmsal ödənişlərdə təhlükəsizlik, rəqəmsal dünyada innovativ həllər, yeni təşəbbüslər haqqında təqdimatlar edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar. İnteraktiv formada keçən seminarda müxtəlif kütləvi informasiya vasitələrini təmsil edən 25-dək media nümayəndəsi iştirak edib. Sonda iştirakçılara sertifikatlar verilib.
Qeyd edək ki, seminar Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının birgə iştirakı ilə təşkil olunan “Nağdsız Cəmiyyət Günləri” çərçivəsində keçirilib. “Nağdsız Cəmiyyət Günləri”nin məqsədi nağdsız ödənişlər barədə ictimai məlumatlılığın artırılması və insanların nağdsız ödənişlərə marağının genişləndirilməsidir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 283 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed