Şrift:
“Rabitəbank”dan “Made in Azerbaijan” brendinə dəstək
05.11.2019 [12:10] - İqtisadiyyat
Müştərilər üçün davamlı olaraq yeniliklər və asan həllər təklif edən “Rabitəbank” bu dəfə də özəl məhsulunu sahibkarlara təqdim edir. Sahibkarlar yerli istehsalat və brendlərin ölkədən kənarda tanınması və ixracı üçün ABŞ dolları üzrə cəmi 4.9 faiz, Azərbaycan manatı üzrə 13.9 faizlə 30 min manat və ya ekvivalentində başlayaraq 36 ayadək “İxracatçı” kredit kampaniyasından faydalana biləcəklər. Əlavə güzəşt olaraq kredit alan sahibkarlara ixracdan daxil olan vəsaitin konvertasiyası və XÖHKS ilə köçürülməsi üzrə komissiyası 0 faiz, kreditin rəsmiləşdirilməsi və ixracdan daxil olan vəsaitin nağdlaşdırılması komissiyasına 50 faiz endirim olacaq. Kampaniya haqqında daha ətraflı məlumat üçün, bit.ly/ixracatkrediti linkinə daxil ola bilər və yaxud bankın Çağrı mərkəzi (012) 133 telefon nömrəsinə zəng edərək məlumat ala bilərsiniz. Kampaniya fevralın 1-dək davam edəcək.
Ölkənin ilk müstəqil və rəqəmsal həllər təklif edən banklarından biri “Rabitəbank” 25 xidmət məntəqəsi, 68 ATM və RabitabankBot ilə müştərilərin xidmətindədir. Bankın xidmət və məhsulları haqqında məlumat almaq üçün www.133.az saytına daxil ola və ya 133 qısa nömrəsinə zəng edə bilərsiniz.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 25 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed