Şrift:
Türkiyənin "Sülh çeşməsi" növbəti dəfə Çörçillin planlarını dağıtdı
05.11.2019 [13:08] - Gündəm
Türkiyə “Sülh çeşməsi” əməliyyatı ilə Sevrdə 100 il əvvəl ortaya atılmış Türkiyəni parçalamaq layihəsini növbəti dəfə yırtıb atıb və çuxura basdırıb. Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mətin Feyzioğlu bildirib. İmperialistlərin planlarının 3-5 illik olmadığına diqqət çəkən Feyzioğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kiprə çox əhəmiyyət verdiyini və bununla bağlı hər şeyi yaxından izlədiyini bildirib.
Feyzioğlu İngiltərənin sabiq baş naziri Uinston Çörçillin Türkiyənin cənub-şərqi ilə bağlı qurduğu plandan da danışıb: “Bu planda Türkiyənin cənub-şərqində bugünkü Suriyanın və İraqın şərqində - Sevr razılaşmada - kürd dövlətinin qurulması var. Türkiyə “Sülh çeşməsi” ilə Sevrdə ortaya atılmış Türkiyəni bölmək layihəsini növbəti dəfə cırıb atdı”.

DAVAM.AZ
Ankara (Türkiyə)
Bu xəbər oxucular tərəfindən 342 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed