Şrift:
Slovakiya Azərbaycanla oyuna 24 futbolçu çağırıb
06.11.2019 [10:17] - İdman
Baş məşqçi Pavel Hapal AVRO-2020-nin seçmə mərhələsinin son oyunlarında güvənəcəyi futbolçuları müəyyənləşdirib. Noyabrın 16-da Xorvatiya, üç gün sonra Azərbaycanla görüşlərə 24 oyunçu çağırıb.
Qapıçılar: Martin Dubravka ("Nyukasl", İngiltərə), Marek Rodak ("Fulhem", İngiltərə), Dominik Qreyf (“Slovan”);
Müdafiəçilər: Peter Pekarik ("Herta", Almaniya), Lyubomir Şatka ("Lex", Polşa), Milan Şkrinyar ("İnter", İtaliya), Denis Vavro ("Latsio", İtaliya), Martin Valyent ("Malyorka", İspaniya), Norbert Qyomber ("Peruca", İtaliya), David Hançko ("Sparta", Çexiya);
Yarımmüdafiəçilər: Patrik Qroşovski ("Genk", Belçika), Stanislav Lobotka ("Selta", İspaniya), Yan Qrequş ("Minnesota Yunayted", ABŞ), Yuray Kuçka ("Parma", İtaliya), Matuş Bero ("Vitess", Hollandiya), Marek Hamşik ("Dalyan Yifanq", Çin), Andrey Duda ("Herta", Almaniya), Laslo Benes (“Borussiya” M, Almaniya), Albert Ruşnak ("Real Solt Leyk", ABŞ), Robert Mak ("Zenit", Rusiya), Lukaş Haraslin ("Lexiya", Polşa);
Hücumçular: Samuel Mraz (“Brondbyu”, Danimarka), Mixal Duriş ("Anortosis", Kipr), Robert Bojeník (“Jilina”).
Qeyd edək ki, Slovakiya – Azərbaycan matçı Trnavada baş tutacaq.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 21 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed